Erlinq Holann niderlandlı hücumçunun rekordunu yeniləyib

"Vulverhempton"a qarşı İngiltərə Premyer Liqasının XXI tur oyununda 3 qol vuran "Mançester Siti"nin futbolçusu Erlinq Holann "Mançester Yunayted"in niderlandlı sabiq hücumçusu Rud van Nistelroyun rekordunu yeniləyib.

Newsport.az-ın məlumatına görə, çempionatdakı 19-cu matçında 4-cü het-trikini gerçəkləşdirən norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub. Van Nistelroy bunu 65 oyuna bacarıb.

3-cü sırada Luis Suares (81 görüş), 4-cü yerdə Alan Şirer (86), 5-ci pillədə isə Robbi Fauler (89) qərarlaşıb.

Qeyd edək ki, "Mançester Siti" - "Vulverhempton" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right