"Beşiktaş" Türkiyə Super Liqasının 20-ci turunun "Kayserispor"la matçına ciddi itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Cenk Tosun komandaya kömək edə bilməyəcək. 31 yaşlı forvard ölkə kubokunun "Ankaragücü" ilə matçında zədələnib.
Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 17:00-da baş tutacaq.