"Çelsi" və "Arsenal"ın istədiyi futbolçu "Real"da qalır

"Arsenal" və "Çelsi"nin transfer etmək istədiyi Eduardo Kamavinqa "Real"da qalacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə fransalı yarımmüdafiəçinin meneceri açıqlama verib. O, Kamavinqanın Madriddə xoşbəxt olduğunu deyib.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən transfer edib. 20 yaşlı yarımmüdafiəçi cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 19 matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right