"Fənərbaxça"dan niderlandlı üçün 6 milyon avroluq təklif

Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Parma"da çıxış edən Ceyden Ostervoldeni transfer etməyə çalışır. "Sarı-ləcivərtlilər" 21 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 6 milyon avro və əlavə bonuslar daxil olan təklif göndərib.

Futbolçu özü "Fənərbaxça"da oynamaq istəyir. Niderlandlı oyunçu klubların razılıq əldə etməsini gözləyir.

Qeyd edək ki, "Parma" Ceyden Ostervoldeni mövsümün əvvəlində "Tvente"dən transfer edib. Gənc müdafiəçi B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right