"Xavi futbolçu vaxtında artıq məşqçi kimi idi" “Barselona”nın veteran futbolçusu

“Barselona”nın veteran futbolçusu Canluka Zambrotta Xavinin rəhbərliyi altında Kataloniya klubunun çıxışını yüksək qiymətləndirib.

Newsport.az-ın məlumatına görə, “Barca Universal”a açıqlama verən italiyalı Xavinin məşqçilik bacarığını bu cür dəyərləndirib:

"Mən Xaviyə və "Barselona"ya görə şadam. O, futbolçu vaxtında artıq məşqçi kimi idi. Həmin vaxtı da məşqçilik keyfiyyəti hiss olunurdu. İndi isə "Barselona"da işinin öhdəsindən gəlir".

​d“Komo”, “Bari”, “Yuventus”, “Milan”, “Kyasso”da oynamış Zambrotta 2006-2008-ci ildə “Barselona”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right