Rusiya klubunun azərbaycanlı sahibi: "Əvvəllər transferlərlə şəxsən məşğul olurdu"

"Ximki"nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqov klubun futbolçularla kütləvi şəkildə ayrılması ilə bağlı danışıb. 

Newsport.az-ın məlumatına görə, "RB Sport"a danışan Sadıqov məsələ haqda bu cür danışıb:

"Bir müddət əvvəl bəlli oldu ki, “Ximki” ən azı 9 futbolçu ilə yollarını ayıracaq. Denis Qluşakov, İlya Kuxarçuk, İlya Kamışev komandadan ayrılıb. Baş məşqçi Spartak Qoqnievin klubu tərk edə biləcəyi ilə bağlı xəbərlər də müntəzəm olaraq yayılır. Mən yalnız şəxsi fikrimi deyə bilərəm. İndi klubun ciddi transfer siyasəti davam edir. Bu barədə məlumat qapalıdır, ona görə də heç nə bilmirsiniz. Gedən futbolçular FNL oyunçularıdır.

Baş məşqçi məsələsinə gəlincə, bu komandanı Spartak Qoqniev formalaşdırmayıb. O, formalaşmış komandaya gəlmişdi. Əvvəllər Sergey Yuran transferlərlə şəxsən özü məşğul olurdu. O fərqli futbol idi. İndi isə başqa komanda olacaq".

Rusiya Premyer Liqasında yarışan "Ximki" 17 turdan sonra 12 xalla turnir cədvəlinin 15-ci pilləsindədir.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right