"Boka Xuniors"un qapıçısı Aqustin Rossi Braziliyanın "Flamenqo" klubu ilə müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı qolkiper iyulun 1-dən "Flamenqo"ya qoşulacaq.
Buna qədər isə, argentinalı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun qapısını qoruyacaq.
Ərəblər "Boka Xuniors"a qapıçının icarəsinə görə 1 milyon avro ödəyəcək. Argentina millisinə də cəlb edilən qapıçı “Çikarita Xuniors”, “Estudiantes”, “Defensa Xustisiya”, “Antofaqasta”, “Lanus”un qapısını qoruyub.