"Çelsi"dən 35 milyon avroluq transfer

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi PSV-nin yarımmüdafiəçisi Noni Maduekeni transfer edib. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

"Çelsi" 20 yaşlı vingerlə 7,5 illik müqavilə imzalayıb. İngilislər bu transfer üçün Niderland klubuna 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, Noni Madueke PSV-nin yetirməsidir. İngiltərəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right