Məşhur futbolçunun spirtli içki asılılığı

“Mançester Yunayted”in keçmiş futbolçusu Cessi Linqard spirtli içki asılılığından danışıb.

Newsport.az-ın məlumatına görə, o, sakitləşmək üçün yatmazdan əvvəl spirtli içki içdiyini etiraf edib. Lakin bu, vəziyyəti daha da ağırlaşdırı:

“Sui-istifadə etməyi dayandırmadım, tamamilə depressiyaya düşdüm və oynamaq məcburiyyətində qaldım. Mən sizin heç bir fikriniz olmayan şeylərdən keçmişəm. Mən dünyanın ağırlığını çiyinlərimdə daşıdığımı hiss etdim”.

Hazırda futbolçu “Nottingem Forest”də çıxış edir. O, Premyer Liqanın geridə qalan 14 matçında heç nə ilə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right