“Fənərbaxça” onun transfer hüquqlarını da aldı

“Fənərbaxça” bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarəyə götürdüyü Brumanın transfer hüquqlarını alıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Fənərbaxça” bu transfer üçün PSV-yə 4 milyon 250 min avro ödəyib. 28 yaşlı vingerlə 2.5+1 illik müqavilə imzalanıb.

Bruma “Fənərbaxça”da cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. O, PSV-dən başqa, “Olimpiakos”, “Sportinq”, “Qalatasaray”, “Real Sosyedad” və “Leypsiq” klublarının da uğurları üçün çalışıb. Portuqaliya yığmasında 9 oyuna çıxmış futbolçu, 1 qolla yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right