"Fənərbaxça"da yeni müqavilə

Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi İsmail Yüksekin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək "sarı-lacivərtlilər"ə məxsus olacaq.

Qeyd edək ki, "Fənərbaxça" İsmail Yükseki 2020-ci ilin yuyında "Gölcükspor"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right