Məşhur futbolçu saxlanıldı Təcavüzdə ittiham olunur

Braziliya millisinin futbolçusu Dani Alveş polis tərəfindən saxlanılıb.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı sağ cinah müdafiəçisi təcavüzdə ittiham olunur.

Təcrübəli oyunçu 30 dekabr 2022-ci il tarixində Barselonada yerləşən gecə klubunda bir qadına cinsi zorakılıq göstərib. İki gün sonra qadının şikayətinə əsasən Alveş saxlanılıb. Ulduz futbolçu məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Dani Alveş hazırda Meksikanın UNAM klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right