Portuqaliya millisinin üzvü vətəninə qayıtdı

Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Lissabon təmsilçisi "Vulverhempton"dan Qonçalo Qedeşi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı vinger mövsümün sonunadək icarə əsasında ölkəsində oynayacaq.

Qeyd edək ki, Qonçalo Qedeş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü "Vulverhempton"a mövsümün əvvəlində "Valensiya"dan transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right