İngiltərə millisinin sabiq forvardı komandasını dəyişdi

“Vest Hem” “Aston Villa”nın hücumçusu Denni İnqzi transfer edib.

Newsport.az-ın məlumatına görə, o, 2025-ci ilin yayına qədər hazırkı komandasına məxsus olacaq.

Bu, 30 yaşlı hücumçunun karyerasında 7-ci komanda olub. İnqz bundan əvvəl “Bornmut”, “Dorçester”, “Börnli”, “Liverpul”, “Southampton” və “Aston Villa”da oynayıb.

O, 2015-2020-ci illərdə İngiltərə yığmasının şərəfini qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right