“Çelsi” və Almaniya millisinin forvardı Kay Havertz ölkəsinə qayıda bilər.
Newsport.az-ın məlumatına görə, gənc hücumçu “Bavariya”ya transfer olmağa yaxındır.
Münhen təmsilçisi 23 yaşlı futbolçu üçün danışıqlara başlayıb.
“Bavariya” Havertz üçün 58 milyon avro ödəməyə hazır olduğunu qarşı tərəfə bildirib.
“Allemaniya Ahen” yetirməsi olan almaniyalı 2020-ci ildə “Bayer”dən (Leverkuzen) “Çelsi”yə keçib.