Türkiyə klubu İtaliyadan müdafiəçi gətirdi

Türkiyə Superliqasının təmsilçisi "Adana Demirspor" heyətini gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Adana klubu "Verona"da oynayan Mert Çetini heyətinə qatıb. Türkiyəli müdafiəçi mövsümün sonuna qədər "Adana Dəmirspor"da çıxış edəcək. Mövsüm sonunda isə Adana təmsilçisi onun transfer hüququna yiyələnə biləcək.

Türkiyə millisinin də üzvü olan Mert bu mövsüm A Seriyasında 1 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right