La Liqa klubu Vinisiusu transfer etdi

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun sol cinah müdafiəçisi Abner Vinisiusu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Betis" 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. İspanlar bu keçid üçün qarşı tərəfə 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Abner Vinisius "Atletiko"ya 2019-cu ilin yayında "Ponte Preta"dan transfer olunmuşdu. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right