"Fənərbaxça"nın hücumçusu İtaliyaya qayıdır

"Fənərbaxça"da ümidləri doğrultmayan Joao Pedro İtaliyaya qayıda bilər.

 

Newsport.az xəbər verir ki, Braziliya əsilli italiyalı hücumçunun xidmətində "Fiorentina" maraqlıdır. "Tuttosport" nəşrinin məlumatına görə, Florensiya təmsilçisi 30 yaşlı hücumçu üçün "sarı-lacivərtlilər"lə danışıqlara başlayıb.

 

Qeyd edək ki, "Fənərbaxça" Joao Pedronu mövsümün əvvəlində "Kalyari"dən transfer edib. Təcrübəli forvard İstanbul klubunun heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right