Bu gün İtaliya Superkubokunun qalibi məlum olacaq.
Newsport.az xəbər verir ki, həlledici matçda əzəli rəqiblər üz-üzə gələcək. A seriyasının son qalibi "Milan" ölkə kubokunu qazanmış "İnter"lə qarşılaşacaq. Milan derbisi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
18 yanvar
İtaliya Superkuboku
23:00 "Milan" - "İnter"
Qeyd edək ki, turnirin son qalibi "İnter"dir. "Milan" isə sonuncu dəfə 2011-ci ildə məhz "İnter" üzərində qələbə qazanaraq titula sahib olub.