Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo”nun əsas hücumçularından olan Bruno Petkoviç zədələnib.
Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı forvard ötən gün Sloveniyanın “Bravo” klubu ilə keçirilən yoxlama görüşündə sıradan çıxıb.
Rəqib futbolçu ilə toqquşan hücumçu oyunu davam etdirə bilməyib və 28-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Dizindən zədə alan Petkoviçin durumunun nə dərəcədə ciddi olması hələlik bəlli deyil.
Qeyd edək ki, Zaqreb təmsilçisi qış fasiləsində əsas hücumçularından olan Mislav Orşiçi İngiltərənin “Sauthempton” klubuna satıb. Mahir isə son iki yoxlama matçında meydana start heyətində çıxır. Petkoviçin zədələnməsi isə Emrelinin çempionatda da start heyətdə oynamaq şanslarını artırır.