Lukas Okampos “Ayaks”a lazım olmadı. Niderland klubu argentinalı vingeri heyətindən uzaqlaşdırdı.
Newsport.az xəbər verir ki, Lukas “Sevilya”dan icarəyə götürülmüşdü. O, bir il Amstedam klubunda oynamalı idi. Lakin Okampos “Ayaks”da cəmi 6 matça çıxdı. Məşqçilər heyəti etimadı doğrutmayan oyunçunun “Sevilya”ya vaxtından əvvəl gömdərilməsini məqsədəuyğun sayıb.
“Sevila”ya 2019-cuildə “Marsel”dən gələn 28 yaşlı oyunçu İspaniyada pis təsir bağışlamırdı. Amma ötən mövsüm rəhbərlik gerilədiyi aşkar görünən futbolçunu Amsterdama göndərdi. “Ayaks”da da böhrandan çıxmağı bacarmayan vingerin indi hara gedəcəyi maraq doğurur. Müqaviləyə əsasən Okampos gələn mövsümün yayınadək “Sevilya”da qalmalıdır.