Liqa 1-də klubunu dəyişdi

Fransanın “Lans” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, sözügedən klub “Strasburq”un yarımmüdafiəçisi Adrien Tomassonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı vingerlə müddəti 2026-cı ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Lans” bu transferə görə “Strasburq”a 3.9 milyon avro ödəyib.

Tomasson 2018-ci ildən “Strasburq”da forma geyinirdi. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 156 oyunda 28 qol vurub. O, “Nant”, “Vann” və “Evian”da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right