“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasının 20-ci turunun “Brayton”la oyunu barədə (0:3) danışıb.
Newsport.az-ın məlumatına görə, o, rəqibin qələbəyə layiq olduğunu bildirib:
“Biz həmin görüşdə yaxşı çıxış etmədik. “Brayton” inanılmaz mübarizə apardı. Onlar qələbəyə layiq idi, biz isə yox. Düşünürəm ki, çoxlu səhvlər etdik. Hansı məqamlarda səhv etdiyimizi nəzərdən keçirəcəyik. Bir daha belə nəticənin təkrarlanmaması üçün çalışacağıq”.
Mersisayd təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla 9-cu pillədə qərarlaşıb.