"Tottenhem" İspaniya millisinin üzvünü transfer edəcək

“Sportinq”in müdafiəçisi Pedro Porro karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Tottenham” onu heyətinə qatmaq niyyətindədir. 

Futbolçunun transferi 45 milyon avro dəyərində qiymətləndirilir.

23 yaşlı müdafiəçi “Jirona”, “Mançester Siti”, “Valyadolid” klublarında oynayıb. O, İspaniya millisinin də üzvüdür.

London klubu artıq danışıqlara start verib. Yaxın günlərdə keçidin baş tutacağı ehtimal olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right