Ukraynanın U-21 yığmasının abş məşqçisi Ruslan Rotanın "Aleksandriya"ya baş məşqçi təyin olunması barədə xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, Rotanın köməkçilərinin adına da aydınlıq gəlib.
U-21 yığmamızın üzvü olmuş Emil Mustafayevin də formasını geyindiyi klubda "Qarabağ"ın keçmiş futbolçusu Sergey Kravçenko çalışacaq.
O, Rotanın əsas köməkçilərindən biri təyin edilib. Vaxtı ilə Ağdam klubunda oynamış Kravçenko Ukrayna millisində, həmçinin “Dnepr”, “Dinamo”(Kiyev), “Çernomorets”, “Volın” klublarında oynamışdı.