FIFA-dan "Qalatasaray"a transfer qadağası

FIFA Türkiyənin "Qalatasaray" klubuna müvəqqəti transfer qadağası tətbiq edib.

Newsport.az-ın məlumatına görə, bu barədə "Milliyet" qəzetinin müxbiri Nevzad Dindar məlumat paylaşıb.

Transfer qadağasının səbəbi "Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçi Lukas Torreyranın menecderinə olan 18 500 dollarlıq borcudur. İstanbul təmsilçisi menecerin FIFA-ya şikayətindən dərhal sonra borcu ödəyib.

Müvəqqəti transfer qadağasının bazar ertəsi günü aradan qaldırılacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right