Kadi Borges "Krasnodar"la müqavilə imzaladı

Rusiyanın "Krasnodar" klubu "Qarabağ"dan transfer etdiyi Kadi Borgesin keçidini rəsmən açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubunun heyətində meydana çıxdığı 75 rəsmi matçda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right