"Beşiktaş" ayrılığı açıqladı

"Beşiktaş" icarə əsasında komandada çıxış edən Vut Veqorstla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı hücumçunun icarə müqaviləsinə xitam verilib.

Veqorst "Mançester Yunayted"lə anlaşıb. 30 yaşlı forvard yaxın zamanda "qırmızı şeytanlar"la sözləşmə imzalayacaq.

Müqavilə ilə "Bernli"yə məxsus olan Veqorstun "Mançester Yunayted"ə keçidinin detalları məlum deyil.

Forvard "Beşikaş"la bu mövsüm Super Liqada 16 oyunda 8 qol vurub.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right