“Konte məşq zamanı fərqli insan olur” Eşli Yanq

“Aston Villa”nın futbolçusu Eşli Yanq “Tottenhem”in çalışdırıcısı Antonio Konte haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, italiyalı mütəxəssisin çox enerjili olduğunu dilə gətirib:

“Konte çox enerjilidir. Onunla eyni vaxtda işləmək lazımdır. O, səni sınayacaq. Qalib gəlmək və uğur qazanmaq istəyirsənsə, bu sınaqdan keçməlisən.

Konte məşq zamanı fərqli insan olur. Məncə, bu, fərqli mədəniyyətdən irəli gəlir. Konte məşq meydançasının hər tərəfini görür”.

Britaniyalı futbolçu 2019/2020 mövsümündə Antonio Kontenin rəhbərliyi altında İtaliya klubu “İnter”in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right