“Lester” Qonsales üçün 30 milyon avro təklif etdi

“Lester” böhrandan çıxmaq üçün heyətini gücləndirməyə çalışır. Yanvarda bir neçə yeni oyunçu almağa çalışan “tülkülər” əsasən yarımmüdafiə xəttinə əl gəzdirəcək.

Newsport.az xəbər verir ki, İngiltərə klubu “Fiorentina”nın üzvü Nikolas Qonsalesə elçi düşüb. Futbolçunun özü ilə ilkin razılıq əldə edən “Lester” A Seriyası təmsilçisinə 30 milyon avro təklif edib.

“Fiorentina” 2026-cı ilin yayına kimi müqaviləsi olan 24 yaşlı argentinalını satmağın əleyhinə deyil. İki il öncə “Ştutqart”dan alınan futbolçu üçün uyğun təklif gələcəyi təqdirdə “bənövşəyilər” onu elə bu qış yola sala bilər. Hazırda klublar arasında danışıqlar gedir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right