Səudiyyə Ərəbistanı təmsilçisi Messi üçün hərəkətə keçdi

Kriştiano Ronaldodan sonra daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına yollana bilər.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Lionel Messi karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirə bilər.

Ərəblər argentinalı futbolçuya illik 280 milyon avro ödəməyə hazırdır. 

"Əl-Nəsr" Kriştiano Ronaldoya illik 200 milyon avro maaş ödəyir. "Əl-Hilal" isə ona verilən maaşdan daha çoxunu Messiyə ödəmək niyyətindədir. Ancaq hələ ki, argentinalı bununla bağlı konkret qərar verməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right