Niderland millisinin hücumçusu Premyer Liqa nəhəngində!

“Beşiktaş”ın hücumçusu Vaut Veqhorst İngiltərəyə qayıdıb. Newsport.az saytı xəbər verir ki, Niderland millisinin futbolçusu Premyer Liqa nəhənglərindən “Mançester Yunayted”ə keçib.
 
30 yaşlı forvard mövsümün sonuna qədər “qırmızı şeytanlar”da icarə əsasında çıxış edəcək. “Beşiktaş”da icarədə olan Veqhorstun müqaviləsinin ləğvi üçün Türkiyə klubuna 3 milyon avro ödənilib. Mançester təmsilçisi forvardı sözləşmə ilə məxsus olduğu “Bernli”dən icarəyə götürüb.
 
Veqhorst bu gün Mançesterə yollanaraq tibbi müayinədən keçəcək və ardından rəsmi müqaviləyə qol çəkəcək.
 
Qeyd edək ki, Vaut Veqhorst Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Argentina ilə oyunda 2 qol vurub.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right