"Trabzonspor"un Abdullah Avcı qərarı

"Trabzonspor" klubunun baş məşqçi Abdullah Avcı ilə bağlı mövqeyi bəlli olub.

Newsport.az-ın DHA-ya istinadən yaydığı xəbərə görə, Qara dəniz təmsilçisi son vaxtlar superliqada uğursuz nəticə göstərən komandanın baş məşqçisi ilə yollar davam etmək qərarı verib. Yerli liqanın 18-ci turunda "Trabzonspor" səfərdə "Alanyaspor"a 0:5 hesabı ilə uduzub. Bu, onların cari çempionatda 4-cü məğlubiyyəti olub. Hazırda ehtiyatında 29 xalı olan son çempion "Trabzonspor" lider "Qalatasaray"dan 10 xal geri qalmaqla 6-cı yeri tutur.

Məlumata görə, klub rəhbərliyi bu nəticəyə baxmayaraq, A.Avcı ilə yolları davam etdirməklə bağlı qərar verib. Məşqçi özü isə uğursuz nəticələrin səbəbləri ilə əlaqədar kluba geniş hesabat hazırlayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right