Belçika millisini Bakıdakı oyuna Anri çıxaracaq?

Fransalı məşhur sabiq futbolçu, Belçika millisinin məşqçisi Tyeri Anri yığmanın baş məşqçisi olmaq üçün yerli federasiyaya müraciət etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis bu məlumatları təkzib edib: 

"Baş məşqçilik üçün Belçika Futbol Federasiyasına müraciət etməmişəm. Aramızda görüş də olmayıb. Həqiqəti söyləməyin vacib olduğunu düşünürəm".

Anri 2021-ci ildən Belçika millisində baş məşqçi Roberto Martinezin məşqçilər heyətində yer alırdı. R.Martinez isə ötən ay DÇ-2022-dən sonra istefaya göndərilib. Anrinin bu istefadan sonra baş məşqçi olmaq üçün Belçika Futbol Federasiyasına müraciət etdiyinə dair xəbərlər yayılmışdı. 

Həmçinin hazırda "Fatih Karagümrük"ü çalışdıran Andrea Pirlonun da adı Belçika millisi ilə hallanır. 

Qeyd edək ki, Belçika millisi Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar arasında Bakıdakı matç sentyabrın 9-da, Belçikadakı oyun isə noyabrın 19-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right