Ronaldo DÇ-2030-a namizədlik üçün səfir olmayacaq

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olunan Kriştiano Ronaldo ölkənin DÇ-2030-a namizədliyinin səfiri olmayacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Əl-Nəsr" məlumat yayıb. Daha əvvəl 37 yaşlı forvardın Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatı üçün müraciətinin səfiri olacağı və bunun üçün 200 milyon avro alacağı bildirilirdi.

"Əl-Nəsr" mediada yayılan xəbərlərin əksinə olaraq, bildirib: "Onun əsas diqqəti "Əl Nəsr"ə və klubun uğur qazanmasına kömək etmək üçün komanda yoldaşları ilə işləməkdir".

Qeyd edək ki, Ronaldo ötən il dekabrın 30-da "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right