Fransa klubunun baş məşqçisi istefaya göndəriləcək

"Nitsa"nın baş məşqçi postunda dəyişiklik olacaq.

Newsport.az "L`Equipe"ə istinadən xəbər verir ki, klub rəhbərliyi Fransa kubokunda üçüncü liqa təmsilçisi "Le Pyui”yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi Lüsyen Favrı istefaya göndərmək qərarına gəlib.

65 yaşlı isveçrəli cari mövsüm başlamazdan əvvəl “Nitsa”ya baş məşqçi təyin edilmişdi.

Hazırda Liqa 1-də komanda 17 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right