Qvardiola Braziliya millisini çalışdırmaqdan imtina edib

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Braziliya millisindən təklif alıb.

Newsport.az-ın məlumatına görə, Braziliya Futbol Federasiyasının nümayəndəsi Qvardiolanın qardaşı və meneceri olan Pere Qvardiola ilə danışıq aparıb. Xosep qardaşına "Mançester Siti"də yarımçıq işinin olduğunu bildirərək təklifi rədd edib.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq mübarizəni dayandırmasından sonra komndanın baş məşqçisi Tite istefa verib. 

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.  "Şəhərlilər" Qvardiolanın rəhbərliyi altında 11 kubok qazanıb: 4 İngiltərə çempionluğu, 1 İngiltərə kuboku, 4 Liqa kuboku və 2 İngiltərə Superkuboku.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right