"Napoli" italiyalı müdafiəçini icarəyə verdi

İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi "Napoli"dən Alessandro Zanolini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı italiyalı sağ cinah müdafiəçisi 1 il müddətində icarə əsasında "Sampdoriya"da çıxış edəcək.

Qeyd edək ki, Alessandro Zanoli cari mövsümdə "Napoli"nin heyətində 3 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right