Ukraynalı futbolçu Fransa klubunda

Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi "Atalanta"dan Ruslan Malinovskini transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Ukraynalı yarımmüdafiəçi sabah Marselə gedərək tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək. "Marsel" bu transfer üçün İtaliya klubuna 10 milyon avro ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right