Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi Fransanın "Brest" klubundan Yere Uroneni transfer edib. Bu barədə Gelzenkilxem təmsilçisininin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı cinah müdafiəçisi 1 il ərzində icarə əsasında "Şalke"də çıxış edəcək.
Qeyd edək ki, Yere Uronen "Brest"ə 2016-cı ilin yanvarında "Genk"dən transfer olunub. Finlandiyalı futbolçu cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.