"Beşiktaş"ın hücumçusu "Mançester Yunayted"ə keçir

"Beşiktaş"ın icarə əsasında heyətinə qatdığı Vaut Veqorst vaxtından əvvəl komandanı tərk edəcək.

Newsport.az-ın məlumatına görə, niderlandlı hücumçu "Mançester Yunayted"ə keçəcək. 31 yaşlı forvardın müqavilə ilə məxsus olduğu "Bernli" "qırmızı şeytanlar"la razılıq əldə edib. Futbolçu yaxın günlərdə İngiltərəyə yollanacaq və mövsümün ikinci yarısını "Mançester Yunayted"də keçirəcək.

Qeyd edək ki, Vaut Veqorst bu ilin iyul ayından "Beşiktaş"da çıxış edir. Niderland millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right