Dmitri Nazarov “Ersgebirge”ni məğlubiyyətdən xilas etdi

Almaniyanın “Ersgebirge” komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Nürnberq”lə qarşılaşıb.

Aue təmsilçisi bu oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Nazarov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Matçda son nöqtəni də Dmitri qoyub. Yarımmüdafiəçi 85-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right