"Onlara müsbət nəticələr lazımdır, əks halda təzyiqlər artacaq" Roy Kin

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin "Everton"un İngiltərə kubokunda "qırmızı şeytanlar"a qarşı matçını şərh edib.

Newsport.az-ın məlumatına görə, İngiltərə mətbuatına danışan veteran futbolçu bu matçda 1:3 uduzan "Everton" haqda xoş fikirlər səsləndirib: 

"Frenk Lempard matçın nəticələrindən ruhlana bilər. "Everton"un oyunçuları xarakter nümayiş etdirdilər, bunu daha tez-tez etmək lazımdır. Bunu "Mançester Siti" ilə oyunda göstərdilər. Onlara qələbə, müsbət nəticələr lazımdır, əks halda təzyiqlər artacaq. Onlar Premyer Liqanın ən pisi deyillər".

51 yaşlı veteran futbolçu 1993-2005-ci illərdə “Mançester Yunayted”ə oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right