"Liverpul" niderlandlı transfer etmək niyyətindədir

“Liverpul” heyətini “Atalanta”nın futbolçusu ilə gücləndirə bilər.

Newsport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Mersisayd klubu Ten Kompeynersi istəyir. 

Buna görə “Liverpul” artıq “Atalanta”ya müraciət də edib. İtaliyalılar adıçəkilən futbolçunu 40 milyon avrodan aşağı buraxmaq istəmir.

“Liverpul” isə Kompeyners üçün minimum 30 milyon avro ödəmək niyyətindədir.

24 yaşlı futbolçu 2021-ci ildə “AZ Alkmaar”dan “Atalanta”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right