"Feyenoord"un futbolçusu Azərbaycana qarşı oynamayacaq

Avstriya milli komandasının müdafiəçisi Qernot Trauner zədələnib.

Newsport.az "Kronen Zeitung"a istinadən xəbər verir ki, futbolçu martda AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək oyununda meydana çıxmayacaq.

30 yaşlı müdafiəçi meniskindən əməliyyat olunub. 

Onun iki-üç ay futboldan uzaq qalacağı gözlənilir. Traunerin çıxış etdiyi “Feyenoord” onunla evdə məşğul olmaq üçün şəxsi fizioterapevt təyin edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right