Mourinyo malili futbolçunu istəyir

“Roma” “Renn”in müdafiəçisi Amari Traore ilə maraqlanır.

Newsport.az-ın məlumatına görə, Roma klubunun baş məşqçisi Joze Mourinyo təcrübəli futbolçu ilə müdafiə xəttini gücləndirmək istəyir.

Traore 2017-ci ildən “Renn”də çıxış edir. 30 yaşlı malili futbolçunun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.

Traore 2022/23 mövsümündə “Renn”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right