Ozan Canlı “Eyndhoven”dən “Ayaks”la heç-heçə

Futbol üzrə Niderland birinci divizionunda 19-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ayaks”ın gənclərdən ibarət komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 33 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right