Mahir Emrelinin komanda yoldaşı rəsmən İngiltərə klubunda

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının yarımmüdafiəçisi Mislav Orşiç İngiltərənin “Sauthempton” klubuna keçib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. “Sauthempton” bu transferə görə Zaqreb təmsilçisinə 6.8 milyon avro ödəyib.

Xatırladaq ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli də Zaqreb “Dinamo”sunun formasını geyinir. Orşiçin gedişindən sonra 25 yaşlı futbolçunun əsas heyətdə daha çox meydana çıxacağı gözlənilir. Çünki onların hər ikisi sağ cinah vingeri mövqeyində çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right