"Yuventus" Miliki birdəfəlik alır

"Yuventus" komandada icarə əsasında çıxış edən Arkadiuş Miliki "Marsel"dən birdəfəlik almaq istəyir.

Newsport.az İtaliya mətbuatına istinadəan xəbər verir ki, Turin təmsilçisi müqavilədə olan satınalma şərtini aktivləşdirməyi planlaşdırır.

Buna görə "Yuventus" Fransa klubuna bonuslarla birlikdə 9 milyon avro ödəməlidir.

İtaliya klubunun polşalı hücumçu ilə 2026-cı ilə qədər müqavilə imzalayacağı gözlənilir. Milik özü də açıqlamasında "Yuventus"da qalmaq istədiyini bildirmişdi.

Qeyd edək ki, 28 yaşlı forvard bu mövsüm "Yuventus"da 18 oyuna 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right