"Bavariya"nın futbolçusu 1 ay oynamayacaq

"Bavariya"nın futbolçusu Nussair Mazraui 4-6 həftə meydana çıxa bilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mərakeşli müdafiəçi ağır koronavirus xəstəliyi keçirib. Daha sonra o, perikarditdən əziyyət çəkib. Son bir neçə gündə Mazraui qan testlərindən keçib və onun istirahətə ehtiyacı olduğu müəyyənləşib.

Qeyd edək ki, Mazraui 2022-ci ildə "Ayaks"dan "Bavariya"a keçib. O, bu mövsüm Bundesliqada 11 oyuna çıxıb və 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right